Hadisə

Kürdəmirdə ağır qəza: 1 ölü, 3 yaralı

“VAZ 2107” ilə “Mercedes” toqquşub

· Xəbərçi
Kürdəmirdə ağır qəza: 1 ölü, 3 yaralı
Noyabrın 29-da saat 21.00 radələrində Bakı-Qazax yolunun 206-cı kilometrliyində ağır yol qəzası olub.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölən şəxs “Mercedes”in sərnişini olub.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı BDYPİ-nin İstintaq İdarəsində araşdırma aparılır.

Şərhlər