Kürdə su sərfi artıb
13 Aprel 2011 Çərşənbə 10:45
Çirkab suların çaylara axıdılması davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

ATSN-in mətbuat xidmətindən AN SPRESS-ə verilən məlumata görə, aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 133 m3/san artaraq 476 m3/san təşkil edib. Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 116 m3/san olub.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,91-7,89 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar