Kürdə batan şəxsin cəsədi bu gün tapılıb
20 İyul 2010 Çərşənbə Axşamı 20:10
Eldəniz Həmidovun cəsədi dalğıc-xilasedicləri tərəfindən sudan çıxarılıb.
Ötən gün Kür çayının Şəmkir rayonu, Yenikənd kəndindən keçən Qeys kanalında batmış 1979-cu il təvəllüdlü Eldəniz Nəsib oğlu Həmidovun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin dalğıc-xilasedicləri tərəfindən qeyd olunan şəxsin cəsədi bu gün saat 11:40-da sudan tapılaraq çıxarılıb.

Xatırladaq ki, ötən gün gün axşam saatlarında Kür Çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, batan şəxslərin hər ikisi Kəlbəcər rayonundan məcburi köçkün düşmüş şəxslərdir.

Qeyd edək ki, çayda boğulan şəxslərdən biri Kəlbəcər rayon İcra Hakimiyyətinin Başlıbel kəndi üzrə ərazi icra nümayəndəsi Həmidov Eldəniz Nəsib oğludur. İlkin məlumata görə, Fuad Hüseynov adlı şəxsin suda boğulduğunu görən Eldəniz Həmidov onu xilas etmək üçün suya atılıb və nəticədə özü də boğulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar