Külək beşmərtəbəli binanın dam örtüyünü uçurub
21 Aprel 2009 Çərşənbə Axşamı 13:40
Ötən axşam müşahidə edilən güclü külək rayonun elektrik və rabitə təsərrüfatına da böyük ziyan vurub

 

Aprelin 20-də saat 19:00-radələrində Sabirabad rayonunda güclü külək əsib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, küləyin sürəti saniyədə 26-a metrə çatıb. Təbii fəlakət nəticəsində rayonda elektrik, rabitə xətlərinə ciddi ziyan dəyib. Bəzi edektrik dirəkləri aşıb. Ən böyük ziyan isə Heydər Əliyev prospetki 118 ünvanındakı 60 mənzilli beş mərtəbəli binaya dəyib. Belə ki, binanın 400 kv metrlik dam örtüyünü külək uçurub.Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yerli icra orqanlarından verilən məlumata görə, artıq rayon mərkəzinin elektrik və rabitə xətlərinə dəyən ziyar aradan qaldırılıb. Binanın dam örtüyünün bərpası isə davam edir.

Ələddin Əzimov/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar