Hadisə

külək avtobusu aşırdı, ölən və yaralılar var

Hadisə Hacıqabul rayonunda baş verib

· Xəbərçi
külək avtobusu aşırdı, ölən və yaralılar var
Azərbaycanın Hacıqabul rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in hadisə yerində olan bölgə müxbirinin məlumatına görə, hadisə bu gün 10.20 radələrində Pirsaat qəsəbəsi yaxınlığında baş verib.

Heydər Əliyev adına Dərin Özüllər Zavoduna məxsus “Hyundai” markalı iri tutumlu sərnişin avtobusu saatda 70-80 km/s hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri elə hadisə yerində ölüb. Zavodun bir neçə nəfər işçisi isə müxtəlif dərəcəli xəsarətlər alaraq təcili yardım maşınları ilə Şirvan və Hacıqabul rayon xəstəxanalarına aparılıb. Yüngül xəsarət alan sürücü isə ifadə vermək üçün rayon polis şöbəsinə dəvət olunub.

İlkin ehtimala görə, hadisəyə səbəb əsən güclü külək olub.

Şərhlər