Hadisə

Kül buludu Barak Obamanın səfərini yarımçıq qoydu

Birləşmiş Ştatlar prezidenti İrlandiyanı vaxtından əvvəl tərk edir

· Xəbərçi
Kül buludu Barak Obamanın səfərini yarımçıq qoydu
Hazırda İrlandiyada səfərdə olan ABŞ prezidenti Barak Obama bu ölkəni nəzərdə tutulduğundan tez tərk edəcək. Bu barədə məlumatı Ağ ev yayıb. Birləşmiş Ştatlar prezidentinin səfərinin yarımçıq qalmasına vulkan külünün buludu ilə bağlı narahatlıqlar səbəb olub. Kül buludu İslandiyadan Britaniya adalarına doğru hərəkət edir.

Barak Obamanın gecəni İrlandiyada qalması və səhər tezdən Avropa turnesi çərçivəsində Londona yola düşməsi nəzərdə tutulurdu. Səfər proqramında dəyişiklik üzündən Barak Obama bu gecə Böyük Britaniya paytaxtına yollanacaq.

Şərhlər