Türkiyənin Zonquldaq rayonunda pensiyaya çıxmış 60 yaşlı həkim Cihangir Cihan sahil kənarında öpüşən sevgililəri atəşə tutub. Yaralanan 18 yaşlı gənc xəstəxanaya aparılıb. C.Cihan isə tapançasını dənizə ataraq qaçarkən polis tərəfindən yaxalanıb. Tapança isə tapılaraq dənizdən çıxarılıb.
Hadisə dünən günorta radələrində baş verib. Belə ki, C.Cihan sahil kənarında gəzərkən oturacaqda öpüşən gənclərə əvvəlcə xəbərdarlıq edib. Gənclər isə «Burada nə var? Sən bizim işimizə niyə qarışırsan?»,- deyə cavab veriblər. Aldığı cavabdan əsəbləşən həkim tapançasını çıxararaq atəş açıb. Atılan səkkiz güllədən üçü gəncin bədəninin müxtəlif yerlərinə dəyib. Həkimin əvvəllər silahlı hücuma məruz qaldığı məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır. /ANS PRESS/