Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.
Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 4 naməlum şəxs Bakı sakini 29 yaşlı Faiq Nəcəfova qarşı zor tətbiq edərək 1600 manat pulunu alıb. Faktla bağlı cinayət işi başlanıb.
Soyğunçuluq hadisəsini törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. ANSPRESS
Küçədə cibində olan 1600 manatı alaraq qaçdılar
Küçədə cibində olan 1600 manatı alaraq qaçdılar. Cinayət hadisəsi Xətai rayon ərazisində baş verib.




Şərhlər