Krasnoyarskda 16 yaşlı azərbaycanlı oğlan qızı boğaraq öldürüb
12 Yanvar 2012 Cümə Axşamı 17:06
Məktəbli qızın qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqını vilayət rəhbəri öz nəzarətinə götürüb.
Rusiyanın Krasnoyarsk vilayətinin Ujur rayonunun Malıy İmış kəndində azərbaycanlı gənc tərəfindən rus qızının qətlə yetirilməsi milli iğtişaşlara səbəb olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 16 yaşlı Alena Qonçarovanın sinif yoldaşı Sabir Məmmədov tərəfindən öldürülməsi hiddətlənən yerli əhali xalq məclisi yaradaraq burada yaşayan azərbaycanlıların kənddən çıxarılması tələbi irəli sürüblər.

Polis orqanları tərəfindən aparılan təhqiqata görə, hadisə 2011-ci ilin dekabrın 29-da baş verib. Axşam saatlarında diskotekadan çıxan gənc qız qonşuluqda yaşayan azərbaycanlı Sabir Məmmədov tərəfindən aldadılaraq evə aparılıb. S. Məmmədov onu boğaraq bir neçə gün evin mətbəxində saxlayıb.

Qızın cəsədi yanvarın 4-də tərk edilmiş evin xarabalıqlarında tapılıb. Cinayətdə şübhəli bilinən S.Məmmədov bildirib ki, cinayəti törətməsinə səbəb mərhuma sonsuz məhəbbəti olub. Hal-hazırda cinayət hadisəsinin araşdırılması davam edir.

Kənddə yaşayan Azərbaycan diasporunun nümayəndələri mərhumun yaxınlarına başsağlığı verərək, Sabir Məmmədovu törətdiyi cinayətdə təqsirli saydıqlarını və onun layiqli cəza alacağını bildiriblər.

Onların verdiyi bəyanatda deyilir ki, cinayəti törədən layiqli cəzasını çəkməlidir. Cinayət işi getdiyi müddətdə Azərbaycan diasporu tərəfindən cinayətdə şübhəli bilinən Sabir Məmmədova heç bir dəstək verilməyəcək. Onlar bu cinayəti tənqid ediblər.

Krasnoyarsk vilayəti qubernatorunun mətbuat xidmətinin rəhbəri İqor Astapovun verdiyi məlumata görə, məktəbli qızın qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqını vilayət rəhbəri Lev Kuznetsov öz nəzarətinə götürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar