Hadisə

Krandakı yük üç fəhlənin üstünə düşüb

Nəticədə onlardan biri ölüb, iki nəfər isə müxtəlif dərəcəli xəsarət alıb

· Xəbərçi
Krandakı yük üç fəhlənin üstünə düşüb

Keşlə Dəmir Yolu Stansiyasının ərazisində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayon sakini Əliağa Bəkirovun «ZİL» markalı avtokranla qaldırdığı yük orada işləyən üç fəhlənin üstünə düşüb. Nəticədə Bakı şəhər sakini Rəşid Ələsgərov hadisə yerində ölüb. Bakı şəhər sakini Arzu Məmmədov və Füzuli rayon sakini Vüqar Quliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Hadisə aprelin 7-də baş verib. /ANS PRESS/

Şərhlər