"Qaya" mətbuat yayımı şirkətinə məxsus köşkdən 150 ədəd lotereya bileti oğurlayan şəxs tutulub. Daxili İşlər nazirliyinin məlumatına görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində lotereya oğrularını tapmaq mümkün olub. Artıq hadisəni törədənlərdən biri - Biləcəri qəsəbə sakini Ağa Cəfərov saxlanılıb, həmyerlisi Natiq Əliyev isə müəyyən edilib.
Qeyd edək ki, hadisə iyunun 8-də Biləcəri qəsəbəsində baş vermişdi. Biletlər qəsəbə sakini Oruc Həmidovun satıcı işlədiyi köşkdən oğurlanmışdı./ANS PRESS/