Hadisə

Körpəsinin üzünü görməyən gənc ata dənizdə boğulub

Onun meyiti Nabranda dəniz kənarından tapılıb.

· Xəbərçi
Körpəsinin üzünü görməyən gənc ata dənizdə boğulub
Hidrometeoroloqların “Dəniz dalğalıdır, çimmək olmaz!” kimi xəbərdarlıqlarına məhəl qoymayanlar tapılıb. Nəticədə Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisindəki çimərliklərin birində bir nəfər sulara qərq olub. Onun meyiti dəniz kənarından tapılıb.

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS PRESS-ə verdiyi məlumatda suda boğulan şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini, 1982-ci il təvəllüdlü Zahid Sürəddin oğlu Əliyevdir. Məlum olub ki, batan şəxs dünən ata olub. Onun körpənin dünyaya gəlməsi barədə məlumatlı olması haqqında isə informasiya yoxdur. ANSPRESS

Şərhlər