Hadisə

Konqoda təyyarə qəzası: 127 ölü

Sərnişinlərdən 51-inin sağ qaldığı bildirilir.

· Xəbərçi
Konqoda təyyarə qəzası: 127 ölü
Konqo Demokratik Respublikasında təyyarə qəzası baş verib. Ölkənin Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 127 nəfər ölüb. 51 sərnişinin sağ qaldığı bildirilir. Təyyarə görüntünün pis olması üzündən Kisanqani beynəlxalq hava limanında qəzaya uğrayıb.

Təyyarə “Hewa Bora” şirkətinə məxsus olub. Bu şirkətə Avrolpa Birliyi ölkələrinə sərnişin daşımaq qadağan edilib. Bunun səbəbi şirkətin beynəlxalq təhlükəsizlik standartlarına cavab verməməsidir. ANSPRESS

Şərhlər