Hadisə

Kolumbiyada dəhşətli yol qəzası baş verib

Avtobusun dərəyə yuvarlanması nəticəsində 14 nəfər həlak olub

· Xəbərçi
Kolumbiyada dəhşətli yol qəzası baş verib
Kolumbiyada 14 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə rəsmiləri qəzanın Riu Çinçinə avtomagistralında qeydə alındığını bildiriblər.

Qırmızı Xaç Cəmiyyətinin sözcüsü Sezar Uruena bildirib ki, qəza zamanı avtobusda 16 sərnişin və 2 sürücü olub.

Məlumata görə, sərnişin avtobusu dağlıq ərazidən dərəyə yuvarlanıb. Hadisə nəticəsində həlak olan 14 nəfərin cəsədi çıxarılıb. 4 nəfər itgin düşmüş hesab olunur. Xilasetmə işləri davam etdirilir.

Şərhlər