Çindəki bəzi bostanlarda yetişən qarpızlar sürətlə böyüyərək partlamağa başlayıb. Bu barədə xəbər yayan yerli telekanallar artıq məhsulun böyük əksəriyyətinin istifadəyə yararsız hala gəldiyini bildirib. Məlumata görə, buna səbəb kimi məhsulun daha tez inkişaf etməsi üçün olan kimyəvi dərmandan həddindən çox istifadə edilməsi göstərilir. Eyni problemlərin dərmansız qarpızlarda da müşahidə olunması isə bu iddianı səsləndirənləri çaş-baş salıb.
Qeyd edək ki, Szyansu əyalətindəki qarpız istehsalçıları böyüməni sürətləndirən spreydən hədindən çox istifadə edərək məhsulun tez böyüməsi və bazara çıxarılaraq daha çox pul qazanmaq məqsədi daşıyıblar. Qarpız istehsalçısı olan bir çox əkinçinin məhsulunun ¾-ü artıq zay olub.
Səhiyyə nazirliyi isə böyüməni sürətləndirən spreylərin lisenziya aldığını və standartlara uyğun olduğunu bildirib.