Hadisə

Kirayənişin yaşadığı evdə diri-diri yandı

67 yaşlı İqor Həsənovun yanmış meyiti aşkar edilib

· Xəbərçi
Kirayənişin yaşadığı evdə diri-diri yandı
Bakının Yasamal rayonunda kirayənişin yaşadığı evdə yanaraq ölüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi Yeni Yasamal yaşayış sahəsi ev 2 "B"-də, Nərgiz Qasımovaya məxsus evdə meydana gəlib. Yanğın zamanı ümumi sahəsi 25 kvadratmetr olan 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra evdə kirayədə yaşayan Bakı şəhər sakini 67 yaşlı İqor Həsənovun yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər