Səbail rayonu İstiqlaliyyət küçəsindəki Kino Xidməti İdarəsinə basqın olub. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə martın 29-da saat 23:20 radələrində baş verib. Xidmətə basqın edənlər isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Sadıqov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov olub. Onlar idarənin müdiri, Bakı şəhər sakini Nəriman Ağayevi və montajçı Emil Gözəlovu otaqda saxlayaraq onlardan 60 manat, 1 ədəd mobil telefon, 1 ədəd boyunbağı və 2 ədəd üzük alıblar. Martın 30-da saat 05.00 radələrində E.Gözəlov pəncərəni sındırıb qaçmağa cəhd göstərib. Bu vaxt A.Sadıqov bıçaqla ona xəsarət yetirib.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Sadıqov və M.Abbasov tutulub. Faktla bağlı Səbail RPİ tərəfindən araşdırmalar aparılır. /ANS PRESS/