Hadisə

Kiçik çavuş öncə yoldaşını, sonra özünü öldürüb

Hadisə Naxçıvanda baş verib

· Xəbərçi
Kiçik çavuş öncə yoldaşını, sonra özünü öldürüb
Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində qətl və intihar hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, kiçik çavuşu 19 yaşlı Elvin Əkbər oğlu Əliyev əsgər yoldaşı, 19 yaşlı Tofiq Madar oğlu Abdullayevi "Koloşnikov" markalı avtomat silahından açdığı atəş nəticəsində öldürüb. Əliyev sonra özünə də atəş açaraq intihar edib.

Elvin Əliyev Ordubad, Tofiq Abdullayev isə Şərur rayon hərbi komissarlıqlarından hərbi xidmətə çağrılıblar.

Faktla bağlı hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər