Keşiş Milad bayramında oğlunu qətlə yetirdi
28 Dekabr 2009 Bazar Ertəsi 20:25
Keşiş Milad bayramında oğlunu qətlə yetirdi. Hadisənin baş verməsinə səbəb evdə yaranan mübahisə olub.
ABŞ-ın Pensilvaniya ştatının pastoru (protestant keşişi) Milad gününü bayram etmək üçün evinə gələn onlarla qonağın gözü qarşısında yaranan mübahisə zamanı 8 uşağından birini güllələyib.

Keşiş Kirk Kolduell evlərində gənc oğlan ilə qadının mübahisəsinə qarışan 21 yaşlı oğlu Cordana atəş açaraq qətlə yetirib. Kolduell oğluna bir dəfə atəş açıb, lakin yara öldürücü olub. Cordan Kolduell xəstəxanada keçinib.

Filadelfiya şəhərinin polis rəisi Robert Smayz bildirib ki, o, bir neçə dəfə pastorla görüşüb və onu çox yaxşı insan kimi tanıyıb. O, bu hadisəni eşidəndə, çox təəcübləndiyini qeyd edib.

Həbs olunan 44 yaşlı Kolduelə qarşı ittiham hələlik irəli sürülməyib. Onun atəş açdığı silah isə qeydiyyata alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar