Cəlilabad rayonunda piyadanın ölümünə səbəb olunan yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 13-də saat 20.00 radələrində Cəlilabad rayonu ərazisində baş verib.
Rayon sakini Elşad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomaşınla Uzuntəpə kənd sakini Abbas Abasovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Abasov orada ölüb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
Kənd sakini "Mercedes"in zərbəsinə tuş gəldi
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib




Şərhlər