Kəmaləddin Heydərov Hacıqabula gedib
09 Avqust 2011 Çərşənbə Axşamı 17:27
Fövqəladə hallar naziri "Azpetrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışla bağlı hadisə yerinə gedib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul rayonunda “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən partlayışla bağlı hadisə yerinə gedib. Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı məlumat verib. Qeyd edək ki, ilkin məlumatlara görə, baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə nəticəsində 8 maşın – “İkarus” markalı avtobus, 1 benzindaşıyan maşın, treyler, “Akkord” şirkətinə məxsus yük maşını, “Qazel” markalı maşın, 3 minik maşını, böyük sahədə otlaq sahəsi yanıb.
İlkin versiyaya görə, yanğına maye qaz daşıyan avtomobildə partlayışın baş verməsi səbəb olub. Yaxınlığında partlayış baş verən benzindoldurma məntəqəsi zərər çəkməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar, Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən vertolyotu cəlb edilib.
Hazırda yanğın tam söndürülüb. Baş verən hadisə ilə bağlı Bakı-Qazax yolunda avtomobillərin hərəkəti dayandırılıb.
DOSTLARINLA PAYLAŞ: