Keçmiş prezidentin cəsədinin qalıqları eksqumasiya olunacaq
16 Aprel 2011 Şənbə 12:12
Keçmiş prezidentin cəsədinin qalıqları eksqumasiya olunacaq


Bakı - APA. 1973-cü ildə baş verən dövlət çevrilişi zamanı həlak olan Çili prezidenti Salvador Alyendenin cəsədinin qalıqları eksqumasiya olunacaq. APA-nın AFP-yə istinadən xəbərinə görə, bu barədə ölkənin məhkəmə orqanlarından məlumat verilib.

Ekspertiza S.Alyendenin ölüm şəraitinin rəsmi təhqiqatı çərçivəsində aparılacaq. Mərhum prezidentin qohumları eksqumasiya xahişi ilə məhkəməyə müraciət ediblər. araşdırmanın mayın ikinci yarısında aparılacağı gözlənilir.

Qeyd edək ki, rəsmi versiyaya görə, S.Alyende 11 sentyabr 1973-cü ildə çevrilişdə iştirak edən əsgərlər Prezident Sarayını tutarkən özünü güllələyib. Amma sosialist prezidentin tərəfdarları iddia edirlər ki, onu Auqusto Pinoçetin silahdaşları güllələyib.

Auqusto Pinoçetin diktaturası 1973-cü ildən 1990-cı ilə qədər davam edib. Bu illərdə Çilidə üç mindən artıq insan öldürülüb və ya itkin düşüb. Keçmiş diktator 2006-cı ilin dekabrında 91 yaşında vəfat edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar