Keçmiş arvadını öldürən kişi özünü qəbiristanlıqda güllələdi
04 Mart 2011 Cümə 13:11
O, keçmiş həyat yoldaşına atəş açdığı silahla öz həyatına da son qoyub
Qəbələ rayonunda 3 gün əvvəl qadının qətlə yetirilməsi barədə xəbər vermişdik. Rayon Prokurorluğundan verilən məlumata görə, martın 1-də şəhər sakini 29 yaşlı Bəsti Yusifova evində odlu silahla qətlə yetirilib.
Aparılan araşdırmalardan sonra mərhumun keçmiş əri Mehman Bəkirov tərəfindən öldürüldüyü müəyyən edilib. Ötən gün isə M.Bəkirovun meyiti Qəbələ qəbiristanlığında aşkarlanıb. Onun keçmiş arvadını öldürdüyü silahla özünü də vurduğu məlum olub. Mərhum tüfənglə sinəsinə atəş açıb.
Qeyd edək ki, B.Yusifova Qəbələ rayonu, 2 №-li orta məktəbdə xadimə işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: