Kasıbçılıqdan şikayətlənən kişi özünü asdı
29 Noyabr 2011 Çərşənbə Axşamı 13:27
Hadisə İsmayıllı rayonunda baş verib.
İsmayıllı rayonunda 40 yaşlı kişi intihar edib. İsmayıllı rayon prokurorunun köməkçisi Pərviz Mirhəşimovun ANS PRESS-ə verdiyi məlumata görə, Kamran Məmmədov küçəsində yaşayan İlham İlyar oğlu Rüstəmov özünü yaşadıqları evdə asıb.
“I sinifə gedən bir uşaq atası olan İ.Rüstəmov 3 qardaşı ilə bimrlikdə yaşayırdı. Hazırda initharın səbəbləri araşdırılır. Ailədaxili münaqişlərin olub-olmaması və digər məsələlərə aydınlıq gətiriləndən sonra intiharın səbəbi məlum olacaq”.
Onun sözlərinə görə, İlham Rüstəmov bir neçə dəfə intihara cəhd edib. Mərhumun içki düşkünü olduğu da bildirilir.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Rüstəmovlar ailəsi çox imkansızdırlar. Belə ki, 3 evli qardaş kiçik bir evdə yaşayıblar. İlham Rüstəmov uzun müddət iş axtarsa da tapa bilməyib. Bir neçə dəfə intihar etmək cəhdi ailə üzvləri tərəfindən alına bilib.
Qonşularının sözlərinə görə, İlham intihar etməmişdən əvvəl ailəsi üçün məktub da yazıb. Məktubun tam məğzi gizlin saxlanılsa da, qonşular məktubda İlhamın kasıbçılıqdan şikayətləndiyini bildirirlər.

Qeyd edək ki, faktla bağlı İsmayıllı rayonu Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, istintaq gedir. İşi müstəntiq İlkin Mustafayev araşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar