Ağcabədi rayonunda üç gün bundan əvvəl Qarabağ kanalında boğulan 18 yaşlı yeniyetmənin meyidi tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Ramin Novruz oğlu Bayramovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Kanalda boğulan 18 yaşlı yeniyetmənin meyidi tapıldı
O, 3 gün əvvəl Qarabağ kanalında batıb.




Şərhlər