Hadisə

Kamikadze 25 nəfəri Yeni ilə həsrət qoydu

Kamikadze 25 nəfəri Yeni ilə həsrət qoydu. Pakistanda güclü partlayış törədilib.

· Xəbərçi
Kamikadze 25 nəfəri Yeni ilə həsrət qoydu
Yeni ilin ilk günü Pakistanın şimal - qərbində yerləşən Laki Marvat şəhərində kamikadzenin öüzünü partlatması nəticəsində 25 nəfər dünyasını dəyişib. Yerli polisin məlumatına görə, kamikadze özünü oyun zamanı valeybol meydançasında partladıb.

Partlayışın dalğası yaxınlıqdakı yaşayış evlərini dağıdıb.

Qeyd edək ki, Lakki Marvat taliblərin istinadgahı olan Cənubi və Şimali Vəziristanın qovuşduğu yerlə yerləşir.
ANSPRESS

Şərhlər