Bu gün axşam saat 19-radələrində Yasamal rayonu ərazisində, metronun 20 yanvar stansiyasının yaxınlığında ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, «Kamaz» markalı maşın iki piyadanı vurub. Piyadalardan biri hadisə yerindəcə keçinib. Qəzanın səbəblərini araşdıran müstəntiqin verdiyi məlumat görə, ölən piyadanın üstündən heç bir sənəd və mobil telefon tapılmadığı üçün onun şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Digər piyada-31 yaşlı Asif Maarif oğlu Xələfov isə ağır xəsarətlər ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.
İlkin ehtimala görə, qəzaya piyadaların sərxoş olması səbəb olub. Belə ki, əl-qol hərəkətləri edərək yolu keçmək istəyən piyadalar «Kamaz»ın arxa təkərinin altına düşüblər. Hazırda hadisə yerində aparılan araşdırmalar davam edir./ANS PRESS/