Bakının Qaradağ rayonu ərazisində yük avtomobili iki piyadanı vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Sumqayıt şəhər sakinləri İbadət Ələsgərov və Bəylər Qəhrəmanov naməlum sürücünün idarə etdiyi "KAMaz" markalı yük maşını tərəfindən vurulub. Xəsarət almış İ. Ələsgərov və B. Qəhrəmanov təcili xəstəxanaya yerləşdirilsələr də, Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb. O aldığı zərbələrdən xəstəxanada keçinib. Qaradağ rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. /ANS PRESS/
“KAMaz” iki nəfəri vuraraq hadisə yerindən uzaqlaşıb
“KAMaz” iki nəfəri vuraraq hadisə yerindən uzaqlaşıb. Piyadalardan biri xəstəxənada ölüb, digərinin vəziyyəti ağırdır




Şərhlər