Hadisə

“KamAZ” çevik polis alayının maşını ilə toqquşdu

Xidmət maşını yol kənarına aşıb

· Xəbərçi
“KamAZ” çevik polis alayının maşını ilə toqquşdu
Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza saat 10.22 radələrində Buzovna yolunda qeydə alınıb.

“KamAZ” markalı yük maşın çevik polis alayına məxsus xidməti maşın ilə toqquşub. Nəticədə xidmət maşını yoldan çıxaraq dərəyə aşıb.

Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə əməliyyat qrupu göndərilib, hadisənin kimin səhvi ucbatından baş verdiyi araşdırılır.

Şərhlər