Kabardin-Balkarda turist avtobusu gülləbaran edildi
19 Fevral 2011 Şənbə 03:38
Elbrus yaxınlığındakı kurorta gedən turistlərdən üç ölüb, ikisi yaralanıb
Kabardin-Balkarda Moskvada olan turistləri daşıyan avtobus gülləbaran edilib. Turistlər təyyarə ilə Mineralnıy Vodı şəhərinin hava limanına gediblər, oradan isə şəxsi avtobusla Elbrus dağı yaxınlığındakı dağ xizək kurortuna yola düşüblər.
Hüquq-mühafizə orqanlarındakı mənbə İTAR-TASS-a məlumat verib ki, hadisə Baksan rayonunun Zayukovo kəndi yaxınlığında baş verib. Moskvadan olan turistlər yerli sakinlərdən birinə məxsus avtobusa miniblər. Magistral yolda bir minik maşını avtobusu ötüb və maşındakılardan biri milis çubuğu ilə avtobusun sürücüsündən dayanmağı tələb edib. Sürücü hesab edib ki, avtomobildəkilər milis əməkdaşlarıdır və əmrə tabe olub. Maşından əllərində “Kalaşnikov” avtomatı olan üç nəfər kamuflyajlı şəxs düşüb. Maskalılardan biri avtobusun qarşısında, ikincisi sürücünün yanında dayanıb, üçüncü şəxs isə avtobusun qapısını açaraq “Qadın varmı?”, - deyə soruşub. Avtobusda bir nəfər qadın olub və maskalı şəxs ondan yerə düşməyi tələğb edib. Etirazdan sonra silahlı şəxs qadını avtobusdan zorla endirməyə çalışıb. Lakin avtobusdakı turistlər müqavimət göstəriblər. Silahlı şəxs avtobusdan bir qədər aralaşdıqdıqdan sonra avtomatı avtobusa doğru istiqamətlənlirərək güllə qatarını boşaldıb. Gülləbaran nəticəsində üç turist ölüb, iki nəfən isə xəsarət alıb.
DOSTLARINLA PAYLAŞ: