Hadisə

Jurnalistə silahlı hücum olub

İnquşetiyada baş redaktorun avtomobili güllə-boran edilib

· Xəbərçi
Jurnalistə silahlı hücum olub
Bir neçə saat öncə, İnquşetiyanın paytaxtı Nazran şəhərində jurnalistə qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxslər “Serdalo” qəzetinin baş redaktoru Xusen Şadiyevin avtomobilinə avtomat silahdan atəş açıb. Nəticədə baş redaktor yaralanıb. O, respublika klinik xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Şərhlər