Jurnalist İlham Xudiyev barədə axtarış elan olunub
19 Yanvar 2011 Çərşənbə 15:15
Jurnalist İlham Xudiyev mənimsəmə və israf etmə maddəsi ilə günahkar bilinir.
Azərbaycanın jurnalisti barəsində cinayət işi başlanıb. Bu barədə Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, jurnalist İlham Xudiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirli bilinir. Məsuliyyətdən yayındığı üçün İ. Xudiyevin barəsində axtarış elan edilib. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, İ. Xudiyev 1987-ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur. 1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib. O, 2008-ci ildən fəaliyyət göstərən "Ailə və Sağlamlıq" jurnalının baş redaktorudur. “Xankəndi - İlham Xudiyevin təqdimatında” saytının rəhbəridir. “Səhər”, “Qarabağ”, “Azərbaycan ordusu” qəzetlərində, “Yanğınla mübarizə” jurnalında çalışıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar