Jurnalist Ceyhun Nağı vəfat edib
10 Avqust 2011 Çərşənbə 11:24
Bakı. Ramil Məmmədli-APA. “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı bu səhər saatlarında dünyasını dəyişib.
APA-nın məlumatına görə, səhər saatlarında Ceyhun Nağının ürəyində ağrılar başlayıb və o 6 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Jurnalistin həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada vəfat edib.
Qeyd edək ki, “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı uzun illər Azərbaycanın tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 39 yaşlı həmkarımız ailəli idi və bir qızı var.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: