İyunun 15-dən 16-na keçən gecə Ay tutulması baş verəcək
11 İyun 2011 Şənbə 12:44
Təbiət hadisəsi Azərbaycandan müşahidə olunacaq
İyunun 15-dən 16-na keçən gecə Ay tutulması baş verəcək. Bu barədə APA-ya N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. O deyib ki, Ay tutulması Bakı vaxtı ilə 23.22-də başlayacaq və 03.02-də başa çatacaq. Həmin vaxtın 1 saat 40 dəqiqəsi ərzində Ay tamamilə tutulacaq. Bu vaxt ərzində Yerin kölgəsi tamamilə Ayın üzərinə düşəcək, Yer Ay ilə Günəşin ortasında olacaq. Ay tutulmasının ildə 3-4 dəfə baş verdiyini deyən Ə. Quliyev bildirib ki, bu proses Azərbaycandan yaxşı müşahidə olunacaq. Ay tutulması insanlarda heç bir narahatlıq yaratmayacaq: “Bu, adi təbiət hadisəsidir. İldə 6-7 dəfə Günəş və Ay tutulması olur. Bunun insanlara heç bir təsiri yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar