İtkin düşən özəl klinikanın baş mühasibi qətlə yetirilib
21 Noyabr 2009 Şənbə 14:45
Firamin Əsədov "KİA" markalı avtomobildə yandırılıb
“Modern Hospital” klinikasının baş mühasibi qətlə yetirilib. Bu barədə ANS PRESS-ə Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib. Belə ki, bu gün saat 14.00 radələrində Əzizbəyov rayonu, Türkan qəsəbəsinə gedən yolda “KİA” markalı avtomobilin yük yerində yanmış vəziyyətdə kişi meyidi aşkar edilib. Aparılan araşdırmalardan sonar həmin şəxsin 3 gün əvvəl itkin düşmüş Babək prospekti 85 ünvanında yerləşən kilinikada baş mühasib işləyən 44 yaşlı Firamin İsa oğlu Əsədov olduğu müəyyən edilib. Meyit tamamilə yanaraq tanınmaz hala düşüb.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, F. Əsədov noyabrın 18-də axşam saatlarında işdən çıxıb və bundan sonra onunla əlaqə kəsilib. O, həmin gün işdən çıxarkən həmişəki adətindən fərqli olaraq noutbuk və iş əşyalarını otağında qoyub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar