İtaliyanın Lampeduza adası sahillərində qayıq batıb. İtaliya televiziyasının məlumatına görə, hadisə nəticəsində 11 qeyri-leqal miqrant ölüb. Qayıqda Misir vətəndaşlarının olduğu ehtimal edilir.
Hazırda Lampeduzedə əsasən Tunisdən olan 6 min qeyri-leqal miqrant var. İtaliya hökuməti onların ölkənin digər bölgələrinə daşınması üçün altı gəmi ilə əməliyyata başlayıb. Sonra miqrantların öz ölkələrinə göndərilməsi planlaşdırılır. Lampeduzedə olan baş nazir Silvio Berluskoni bəyan edib ki, ada 48-60 saat ərzində qeyri-leqal miqrantlardan təmizlənəcək.
İtaliyada qayıq batdı: 11 ölü
Ölənlərin misirli miqrantların olduğu güman edilir




Şərhlər