Hadisə

İstanbuldan Bakıya uçan təyyarədə yanğın olub

İstanbul Atatürk Hava Limanından bu gün yerli vaxtla saat 01:30-da qalxan «Azərbaycan Hava Yolları» QSC-yə məxsus «Boeing 757» tipli J2 078 saylı sərnişin təyyarə 15 dəqiqə sonra hava limanına qəza enişi edib.

· Xəbərçi
İstanbuldan Bakıya uçan təyyarədə yanğın olub
APA-nın «AirportHaber» portalına istinadən verdiyi məlumata görə, buna təyyarə kabinəsindəki tüstülənmə səbəb olub. Hadisə nəticəsində sərnişinlər arasında huşunu itirənlər də olub.

Hava limanına enən təyyarənin sərnişinləri geriyə eyni təyyarədə qayıtmaq istəmədiklərini bildiriblər. Nəticədə İstanbul Atatürk Hava Limanında olan «Azal» əməkdaşları ilə sərnişinlər arasında mübahisə yaranıb.

Gecə ərzində təyyarə texniki baxışdan keçirilib. Hadisənin təyyarənin mətbəxində baş verdiyi ehtimal olunur. APA

Şərhlər