İstanbulda azərbaycanlı sahibkarın villası qarət olunub
13 İyul 2010 Çərşənbə Axşamı 10:50
Onun evindən 500 min dollarlıq qızıl-ziynət əşyaları oğurlanıb.
Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamının villasından pul və qızıl əşyaların oğurlanması ilə bağllı cinayət işi açılıb. İstanbul polisinin yaydığı məlumata görə, Şahin Səməd adlı azərbaycanlı sahibkarın evindən 500 min dollarlıq qızıl-zinyət əşyası, o cümlədən 55 min yeni türk lirəsi oğurlanıb.
Oğurluqda ilk şübhəli şəxs kimi isə əslən gürcü olan ev xidmətçisi İnqa Çarkviani göstərilib. Araşdırmadan sonra təsdiqlənib ki, ev xidmətçisi daha iki nəfər həmvətəni ilə birlikdə bu oğurluğu planlaşdıraraq həyata keçirib. Hadisədən dərhal sonra Türkiyə ilə Gürcüstanın sərhədində saxlanılan Çarkviani etiraf edib ki, onun ailəvi problemləri olub və ona külli miqdarda pul lazım imiş. Ev xidmətçisi ilə yanaşı oğurluqda iştirak edən digər iki həmvətəni də saxlanılaraq həbsxanaya yerləşdiriliblər. Onların saxlanıldığı maşında isə saxta pasportlarla yanaşı, külli miqdarda pul, silah və mərmilər aşkarlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: