Hadisə

İstanbul həbsxanada yanğın baş verib

İnsan təlafatı və binaya dəymiş ziyan barədə məlumat verilməyib

· Xəbərçi
İstanbul həbsxanada yanğın baş verib
Turkeyə İstanbul şəhəri Kartal rayonunda yerləşən “Kartal-H” tipli həbsxanada yanğın baş verib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, yanğına həbsxana bnasının yeməkxanasındakı elektrik lövhəsində baş vermiş qısa qapanma səbəb olub. Yanğına Kartal, Maltepe, Pendik bələdiyyələrinə aid yanğından mühafizə dəstələri müdaxilə edərək alovun qarşısını alıb. Qeyd edək ki, hal-hazırda yanğından mühafizə dəstəsinin əməkdaşları yanğın nəticəsində həbsxana binasında meydana gələn qatı tüstünü təxliyə etməyə çalışır.

İnsan təlafatı və binaya dəymiş ziyan barədə məlumat verilməyib.

Şərhlər