İsrailli kişi hamilədir
13 Sentyabr 2011 Çərşənbə Axşamı 15:03
24 yaşlı gənc cinsiyyət dəyişdirsə də bəzi orqanlarını saxlayıb
24 yaşlı israilli transseksual hamilədir. Belə ki, adı açıqlanmayan şəxs qadın kimi anadan olub, ancaq sonradan əməliyyat olunaraq kişi olub. "Mignews.com" un məlumatına görə, İsrail klinikalarından birinin xəstəsi olan kişi hazırda 7 aylıq hamilədir.

Xəstəxanada müalicə edilən xəstələrdən birinin sözlərinə görə, hamilə kişini görəndə hamı şoka düşüb. "O, tamamilə kişi kimi görünürdü və tibbi personalın ona kişi kimi davranmasını istəyirdi".

Sən demə, gələcək ana 3 il öncə süd vəzilərini kəsdirmək üçün ABŞ-da əməliyyat olunub və hormon müalicəsinə başlayıb. Ancaq o, reproduktiv orqanlarını saxlayıb ki, bu da ona gələcəkdə hamilə qalmaq imkanı verib. Cinsini dəyişən kişi təbii yolla hamilə qalıb.

Adı açıqlanmayan gənc könüllü olaraq öz oriyentasiyasını müəyyənləşdirməkdə çətinlik çəkən gənclərə psixoloji yardım göstərməklə məşğuldur.

"Ediot Axronot" qəzetinin məlumatına görə, İsraildə 400 min qadından biri cinsiyyətini dəyişmək üçün əməliyyat etdirir.

Qeyd edək ki, hamilə kişi dünya təcrübəsidə birinci hal deyil. Belə ki, hələ 2008-ci ildə cinsini dəyşən amerikalı 34 yaşlı Tomas Bit dünyaya övlad gətirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar