İsrailə gedən qaz kəməri partladıldı
27 Aprel 2011 Çərşənbə 12:10
Partlayış nəticəsində qaz təchizatı kəsilib
Sinay yarımadasının şimalında Misir - İsrail sərhədinin yaxınlığında naməlum silahlı qruplaşma üzvləri İsrail və İordaniyaya gedən təbii qaz kəmərini partladıb. ANS PRESS-in "Associated Press"ə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində qaz təchizatı dayanıb.
Qeyd edək ki, bu hücum son bir ay ərzində İsraillə sərhədin 50 kilometrliyində yerləşən Əl-Ariş şəhəri yaxınlığında "Əl-Sabil" terminalına edilən ikinci hücumdur. Ötən ayın 27-də naməlum silahlı şəxslər terminalda partladıcı qurğu yerləşdirmiş, lakin onların partlayış cəhdi uğursuzluqla nəticələnmişdi.
DOSTLARINLA PAYLAŞ: