İsrail HƏMAS-ın nüfuzlu liderini yenidən həbs etdi
01 Sentyabr 2011 Cümə Axşamı 01:58
Şeyx Həsən Yusuf bir ay azadlıqda qala bilmədi
İsrail hüquq-mühafizə orqanları Ramallah yaxınlığındakı postda İordan çayının Qərb sahillərinin nüfuzlu dini liderlərindən olan şeyx Həsən Yusufu həbs edib. Bu, şeyxin həbsdən azad edilməsindən bir neçə gün sonra baş verib. Məlumatı yerli KİV yayıb. İsrail tərəfi isə məlumatı şərh etməyib.
Fələstin parlamentində “Dəyişiklik və islahatlar” fraksiyasının deputatı Şeyx Yusuf HƏMAS-ın hərbi qanadı ilə əlaqə ittihamı ilə altı ildən artıq İsrail həbsxanasında qalıb və avqustun 4-də azadlığa buraxılıb. Ümumiyyətlə, 1993-cü ildən sonra Həsən Yusuf dəfələrlə həbs edilib.
DOSTLARINLA PAYLAŞ: