İspaniyadakı zəlzələnin İtaliyada baş verəcəyi proqnozlaşdırılmışdı
12 May 2011 Cümə Axşamı 14:26
Planetimiz isə yeni və daha güclü zəlzələ fəallığı mərhələsinə daxil olur
20-ci əsrin əvvəlində İtalyan alim, seysmoloq Raffaele Bendandi 2011-ci il mayın 11-də güclü zəlzələ olacağını bəyan etsə də, bu, onun proqnozlaşdırdığı kimi İtaliya paytaxtı Romada deyil, İspaniyada baş verdi.
Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə Roma sakinləri mayın 11 tarixi ərəfəsində təşvişə düşüblər. Bəziləri işdən uzaqlaşaraq şəhər ətrafına gedib. Ancaq bu ehtimal kiçik qeyri-dəqiqliklə gerçəkləşib. İspaniyanın cənub şərqindəki Lorka şəhərində iki saat fasilə ilə baş vermiş iki zəlzələnin səbəb olduğu dağıntıların təmizlənməsi davam etdirilir. 10 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnmiş zəlzələ şəhərdə ciddi dağıntılara da səbəb olub. Qədim binalar uçub. Dağıntılar altında onlarla avtomobil sıradan çıxıb. Zərər çəkmiş ərazilərdə mobil rabitə yoxdur. Şəhərə gedən yeganə tunel də dağıldığından dəmiryolu və avtomobil nəqliyyatı da dayanıb. Evlərdə işıq, qaz və su yoxdur. Sakinlər gecəni küçələrdə keçiriblər. Yeni təkanların baş verəcəyindən ehtiyyatlanan ispanların çoxu isə evlərinə qayıtmaqdan qorxurlar.
Mütəxəsislər hesab edirlər ki, Lorkada zəlzələ yerin altındakı oyanmanın nəticəsidir və hər şey martın 11-də Yaponiyada başlayıb. Ekspertlərin proqnozlarına görə planetimiz yeni və daha güclü zəlzələ fəallığı mərhələsinə daxil olur. 2011-ci ilin yay-payız dövründə yeni güclü zəlzələlərin baş verəcəyi proqnozlaşdırılıb. Hazırda yeraltı sərvətlərin fəallıq prosesi gedir, yerin altında yığılan enerjinin isə zəlzələ şəklində çıxacağı bildirilir.
DOSTLARINLA PAYLAŞ: