İspaniyanın cənub-qərbində zəlzələ baş verib. ABŞ Geoloji Xidsətinin məlumatına görə, Aralıq dənizi sahillərindəki Mursiya əyalətinin eyniadlı paytaxtının 50 kilometrliyindəki yeraltı təkanların gücü 5,3 bal olub. Zəlzələ ocağı 1 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində 10 nəfər həlak olub. Məlumatı “Frans Press” agentliyi İspaniya hökumətinə istinadən yayıb. Hazırda yaralıların sayı dəqiqləşdirilir.
Daha çox dağıntı Mursiya əyalətinin Lorka şəhərində qeydə alınıb. Şəhərdə bir neçə bina dağılıb.
İspaniyada zəlzələ: 10 ölü
Lorka şəhərində bir neçə bina dağılıb




Şərhlər