İspaniyanın mərkəzindəki Kastiliya La-Mança müxtar ərazisinin Villakanas qəsəbəsində keçirilən karnavalda karusel qəzası baş verib. Məlumata görə, qəza sürətlə fırlannan dörd karuselin qollarından birinin qəfil qırılması nəticəsində baş verib. Paytaxt Toledo mülki müdadfiə təşkilatının rəsmisi Xose Luis Qonsales Kapilla qəzada yaşları 20 ilə 30 arasında olan Rumıniya vətəndaşı 3 kişinin öldüyünü, eyni ölkədən olan 16 yaşlı bir qızın isə ağır yaralandığını bildirib.
Qeyd edək ki, hal-hazırda İspaniyanın bir çox şəhər və qəsəbələrində karnavallar keçirilir. Qəza isə Kastiliya La-Mançanın paytaxtı Toledonun 80 km şərqindəki 9 000 əhalisi olan Villakanas qəsəbəsində karnavalın ilk günü baş verib.