İsmayıllıda güclü yanğın başlayıb
27 İyul 2011 Çərşənbə 15:35
İsmayıllıda güclü yanğın başlayıb. Yanğın dağlıq ərazidə olduğu üçün alovun qarşısının alınması çətinləşib.
İsmayıllı rayonundakı dağlıq ərazilərdə geniş ərazini əhatə edən yanğın başlayıb.
APA-nın məlumatına görə, İsmayıllı rayonunun Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən Gəraybəyli kəndinin dağlıq ərazisində baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı, Ağsu, Göyçay və Kürdəmir yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi, eləcə də bir helikopter cəlb edilib.
Girdiman çayının sahili boyunca uzanan kiçik ağac və kolluqlardan ibarət yaşıllıq sahəsinin 3 hektarlıq ərazisi yanıb. Hazırda yanğın davam edir və dağlıq ərazi olduğu üçün alovun qarşısının alınması çətinləşib. Yanğının hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: