İsmayıllı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Baş dövlət yol polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudovun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun 43-cü kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. İsmayıllı Buynuz kənd sakini “N” saylı hərbi hissənin zabiti 1978-ci il təvəllüdlü Babayev Sadiq Müsavər oğlu “Mercedes” markalı minik maşınını yüksək sürətlə idarə edərkən yoldan çıxaraq ağaca çırpılıb. Sürücü Sadiq Babayev və onun avtomobilində olan həmkəndliləri - 1964-cü il təvəllüdlü Adil Salehov, 1962-ci il təvəllüdlü Xalid Ağayev hadisə yerində dünyasını dəyişib. Maşındakı digər sərnişin Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Yaqub Bəşirov isə ağır bədən xəsarətləri ilə İsmayıllı mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. ANSPRESS
İsmayıllıda ağır yol nəqliyyat qəzası: üç nəfər öldü
Daha bir sərnişin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.




Şərhlər