İsmayıl Şıxlı gəmisində qanlı olay
17 Dekabr 2009 Cümə Axşamı 20:35
İsmayıl Şıxlı gəmisində qanlı olay. Rusiyalı Oleq Zanozinin Azərbaycan vətəndaşını qətlə yetirdiyi bildirilir.
Türkiyənin İstanbul şəhərində “İsmayıl Şıxlı” yük gəmisinin heyət üzvü olan rusiyalı Oleq Zanozin qətldə şübhəli bilinərək saxlanılıb. “Morskoy Bülleten” nəşrinin verdiyi məlumata görə, yük gəmisinin böyük mexaniki Zanozin ikinci mexanik, adı açıqlanmayan Azərbaycan vətəndaşının qətlində ittiham olunur.
Məlumata əsasən, qətlə yetirilən həmyerlimiz Zanozinə bir neçə bıçaq zərbəsi endirib, bundan sonra onu gəmidə tapmaq mümkün olmayıb. Bir neçə saatdan sonra ikinci mexanikin cəsədi Bosfor körfəzindən tapılıb.
Digər məlumata görə, ikinci mexanik təsadüfən göyərtədən düşüb, lakin sağ qalıb. Türkiyə polisi insidentlə bağlı tədqiqat aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: