İşkəncəyə dözməyən bacı və qardaş evdən qaçdı
27 Aprel 2011 Çərşənbə 04:57
Polis bölməsində dindirilən azyaşlılar ataları tərəfindən zorakılığa məruz qaldıqlarını, evə qayıtmaq istəmədiklərini deyiblər
Biləsuvar rayonunun “Təyyarə meydanı” adlanan ərazisində yaşayan 14 yaşlı Elməddin Bayramov və onun bacısı 13 yaşlı Zəhra Bayramova valideynlərinin təzyiq və zorakılığına dözməyərək evdən qaçıblar. Bir neçə saatdan sonra uşaqlar ərazidən bir neçə kilometr kənarda Bəydilli kəndində tapılıblar. Həmin kənd sakinləri uşaqlara sahib çıxaraq sonradan onları polis əməkdaşlarına təhvil verib. Polis bölməsində dindirilən azyaşlılar xüsusən ataları tərəfindən mütəmadi olaraq zorakılığa məruz qaldıqlarını etiraf ediblər və evə qayıtmaq istəmədiklərini deyiblər. Sonradan sahə müvəkkili uşaqları əmisinə təhvil verib. Əmi də öz növbəsində uşaqları valideynlərinə qaytarıb. Uşaqarın mütəmadi olaraq valideyn işgəncələrinə məruz qalmasını qonşular da təsdiqləyib. Qeyd edək ki,uşaqalrın atsı 2 dəfə məhkumluq həyatı yaşayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar