İş adamlarından şikayətçi olan gənclər oğurluğa “əl atdı”
06 Aprel 2011 Çərşənbə 11:48
Hadisə Xaçmaz rayonunda baş verib
Azərbaycanın Xaçmaz rayonunda oğurluqla məşğul olan üç nəfər tutulub. Bu barədə ANS PRESS-in bölgə müxbirinə rayonun polis şöbəsininin istintaq bölməsinin müstəntiqi Hafiz Əliyev məlumat verib.
Saxlanılanlar Nərimanov küçəsi 98 ünvanında yaşayan 20 yaşlı Vasif Sədulla oğlu Məmmədov, onun qonşusu, Nərimanov küçəsi 68 ünvanında yaşayan 22 yaşlı Ceyhun Səməd oğlu Balacayev və V.Seyidov küçəsi 41-də yaşayan 23 yaşlı Alik Rafiq oğlu Əmirovdur.
Onlar martın 24-dən 25-nə keçən kecə Arzu kənd sakini Kamal Şabanova məxsus ərzaq mağazasından siqaret, sim kartlar olmaqla ümumilikdə 450 manat dəyərində oğurluq ediblər. Zərərçəkənin şikayəti əsasında başlanılan əməliyyat zamanı saxlanılan şəxslərdən ikisinin başqa bir oğurluq hadisəsində iştirak etdiyi də müəyyənləşdirilib. Məlum olub ki, qonşu olan Ceyhun və Vasif martın 19-dan 20-nə keçək gecə Qobu Qıraq kənd sakini Yaşar Hacıbabayevə məxsus mağazadan 20 manat pul, pivə və siqaret oğurlayıblar.
Hər üç şəxs saxlanılıb, barələrində araşdırma davam etdirilir.
Sonda bildirək ki, saxlanılan şəxslər belə yola düşmələrinin səbəbini işsizliklə əsaslandırıblar. Gənclərdən biri bildirib ki, rayondakı iş adamları iş yerləri açsalar gedib işləyərlər.
DOSTLARINLA PAYLAŞ: